Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Qəzzada atəşkəsə nail olmağa çox yaxın olduqlarını, lakin şəhərdə İsrail əsgərləri tərəfindən öldürülən mülki vətəndaşların sayının "qəbuledilməz" səviyyədə olduğunu bildirib.
Sitat.info xəbər veriri ki, Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində Co Bayden administrasiyasının xarici siyasət hesabatını qiymətləndirən Kirbi Qəzzada atəşkəsə çox yaxın olduqlarını bildirib.
Bayden administrasiyasının on minlərlə günahsız mülki şəxsin öldürüldüyü Qəzzada İsrailə verdiyi dəstək çox müzakirə olunur.
Kirbi isə bildirib ki, İsrailin Qəzza ilə bağlı özünümüdafiəsini hər şəkildə dəstəkləyiblər və mülki itkilərin azaldılması üçün səy göstəriblər.
"İndi mən burada durub deməyəcəm ki, həlak olan mülki şəxslərin sayı məqbuldur. Bu, qəbuledilməzdir. Mən real rəqəmin nə olduğunu bilmirəm. Ola bilər ki, siz dediyiniz kimi təxmini saydan çox olsun, amma bu, belədir. Hətta bir mülki itki də çox idi.
Kirbi Qəzzada dinc əhali arasında itkilərin çox yüksək olduğunu etiraf edib, lakin İsrailin HƏMAS-a qarşı müdafiəsinə kömək etməkdən çəkinməyin mümkün olmadığını vurğulayıb.
"Qəzzada atəşkəsə çox yaxınıq"
Digər tərəfdən Kirbi "Qəzzada atəşkəs əldə olundu" deyərək son anda açıqlama vermək istədiyini, lakin hələ tam olaraq yekunlaşmadığı üçün bu istiqamətdə açıqlama verə bilməyəcəyini bildirib.
Amerikalı müşavir uzun səylərdən sonra atəşkəsə çox yaxın olduqlarını vurğulayaraq, deyib ki, hazırda Dohada danışıqlar davam edir: "Biz atəşkəsə çox, çox yaxın olduğumuzu düşünürük. Ancaq hər bir detalı yekunlaşdırmadan uğur elan edə bilməzsiniz. Ona görə də hələ də bəzi boşluqları bağlamağa çalışırlar”.
Kirbi ümid edir ki, Bayden 20 yanvarda səlahiyyətlərini Tramp administrasiyasına təhvil verməzdən əvvəl atəşkəs razılaşmasını başa çatdırmağa ümid etdiklərini söylədi.
Seymur,
Sitat.info