AZ

Finlandiya XİN: "ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq"

"Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında dialoqun daha da təşviq edilməsini hədəfə alıb".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Finlandiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, Cənubi Qafqazda dayanıqlı sülhün dəstəklənməsi ATƏT-in sədri kimi Finlandiyanın prioritetlərindən biridir.

"Biz Ermənistan və Azərbaycanı sülhə nail olmaqla bağlı bütün səylərini göstərməyə çağırırıq. Finlandiya uzunmüddətli həll yolu tapmaq üçün ən yüksək siyasi səviyyədə əməkdaşlıq da daxil olmaqla tərəflərlə dialoqu davam etdirməyə sadiqdir. ATƏT-in fəaliyyətdə olan sədri kimi Finlandiya təşkilatın Cənubi Qafqaz regionunda gələcək rolunu müzakirə etməyə hazırdır", - deyə XİN-dən bildirilib.

Xatırladaq ki, Finlandiya 2025-ci ildə ATƏT-ə sədrlik edəcək. ATƏT-in hazırkı sədri Finlandiyanın xarici işlər naziri Elina Valtonendir.

Mənbə: oxu.az

Seçilən
1
3
oxu.az

10Mənbələr