(®) PAŞA Kapital, Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları həcmində buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazlarının ilkin yerləşdirilməsini həyata keçirir.
"Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı ilə təqdim edilən bu istiqrazlar investorlara stabil və etibarlı gəlir imkanı qazandırmaqla yanaşı, ölkəmiz üçün əhəmiyyətli “yaşıl” enerji layihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin inkişafına təkan verəcək.
Bu istiqrazlar, yüksək gəlirliliklə yanaşı, ekoloji təşəbbüslərə töhfə vermək istəyən investorlar üçün unikal təklif olaraq dəyərləndirilir.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğu istiqrazların əsas xüsusiyyətləri aşağıdakı kimidir:
-Nominal dəyər: 1 000 ABŞ dolları
-Gəlirlilik faizi: İllik 6%
-Kupon ödənişi: rüblük
-Tədavül müddəti: 5 il
-Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş
SOCAR-ın yaşıl istiqrazlarının ilkin yerləşdirilməsi abunə yazılışı üsulu ilə Bakı Fond Birjası QSC-nin ticarət platformasında həyata keçiriləcək.
İstiqrazları əldə etmək istəyən şəxslər 28 fevral 2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platformasına müraciət edərək abunə yazılışında iştirak edə bilər.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az saytına daxil ola bilərsiniz.