AZ

"PAŞA Kapital"dan SOCAR-ın yeni “yaşıl” istiqrazlarına investisiya fürsəti

Bakı. Trend:

"PAŞA Kapital" Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl” enerjilayihələrini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları həcmindəburaxdığı yeni “yaşıl” təyinatlı istiqrazlarının ilkinyerləşdirilməsini həyata keçirir.

"Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı ilə təqdim edilən buistiqrazlar investorlara stabil və etibarlı gəlir imkanıqazandırmaqla yanaşı, ölkəmiz üçün əhəmiyyətli “yaşıl” enerjilayihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin inkişafınatəkan verəcək.

Bu istiqrazlar, yüksək gəlirliliklə yanaşı, ekoloji təşəbbüslərətöhfə vermək istəyən investorlar üçün unikal təklif olaraqdəyərləndirilir.

"PAŞA Kapital" İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğuistiqrazların əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Nominal dəyər: 1 000 ABŞ dolları
  • Gəlirlilik faizi: İllik 6%
  • Kupon ödənişi: rüblük
  • Tədavül müddəti: 5 il
  • Növ: Sənədsiz, adlı, faizli, təminedilməmiş

SOCAR-ın yaşıl istiqrazlarının ilkin yerləşdirilməsi abunəyazılışı üsulu ilə Bakı Fond Birjası QSC-ninticarət platformasında həyata keçiriləcək.

İstiqrazları əldə etmək istəyən şəxslər 28 fevral2025-ci il tarixinədək "PAŞA Kapital"ın onlayn müraciətplatformasına müraciət edərək abunəyazılışında iştirak edə bilər.

"PAŞA Kapital" İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Seçilən
0
3
az.trend.az

4Mənbələr