Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 799,9 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 79% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 58% yüksəlməklə 146,5 milyon manat, xərcləri 125,1 milyon manat olmuşdur.
2024-cü ildə Azər Türk Bank 21,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 52% çoxdur.
Bankın məcmu kapitalının həcmi 26% artaraq, 98,9 milyon manat olmuşdur.