AZ

Qubadlının Mahruzlu kəndində tikinti-quraşdırma işlərinə26,4 milyon manat sərf olunacaq

Bakı. Trend:

Azərbaycanın azad olunmuş ərazilərində bərpa və quruculuq işləriuğurla həyata keçirilməkdədir.

Trend-in əldəetdiyi məlumata görə, yenidənqurma işləri çərçivəsində Qubadlırayonun Mahruzlu kəndində də müvafiq işlər start götürüb.

Belə ki, Mahruzlu kəndi üzrə qeyri-yaşayış binalarının,sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya,qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar)tikinti-quraşdırma işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Qurum kənddə sözügedən işlərin 26,4 milyon manata başagələcəyini proqnozlaşdırıb.

Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometrməsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektartəşkil edir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaledilmişdi.

Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azadedib.

Seçilən
6
2
az.trend.az

3Mənbələr