AZ

Qubadlının Mahruzlu kəndində də tikinti işlərinə BAŞLANDI

Azərbaycanın azad olunmuş ərazilərində bərpa və quruculuq işləri uğurla həyata keçirilməkdədir.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, yenidənqurma işləri çərçivəsində Qubadlı rayonun Mahruzlu kəndində də müvafiq işlər start götürüb.
 

Belə ki, Mahruzlu kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar) tikinti-quraşdırma işləri həyata keçiriləcək.


Artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Qurum kənddə sözügedən işlərin 26,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.

Bizim.Media

Seçilən
2
2
bizim.media

3Mənbələr