AZ

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik

Britaniya təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Braziliya, Azərbaycan və Qazaxıstanı dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya parlamentinin Mühafizəkarlar partiyasının üzvü Vendi Mortonun “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı sualın cavabında bildirilib.

Sualda Britaniyanın qəza ilə bağlı beynəlxalq araşdırmanın potensial mahiyyətini necə qiymətləndirdiyi soruşulub.

Suala cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douti bu hadisədə həlak olanların ailələrinə başsağlığı ifadə edib.

O qeyd edib ki, Britaniya rəsmiləri Azərbaycan və Qazaxıstan rəsmiləri ilə bu məsələyə dair sıx təmaslarını davam etdirir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
0
1
musavat.com

10Mənbələr