AZ

Rusiyalı jurnalist: Karasevin Azərbaycan Prezidentinin ünvanına təhqiramiz ifadələri qəti şəkildə qınanmalıdır

Rusiya İctimai Palatanın üzvü, jurnalist Dmitri Kiselyov bildirib ki, "politoloq" Vladimir Karasevin Azərbaycan Prezidenti İlham Əliyevə qarşı təhqiramiz ifadələri heç bir şəkildə İctimai Palatanın mövqeyini əks etdirmir və qəti şəkildə qınanmalıdır.

“Report” xəbər verir ki, bu barədə Kiselyov “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.

"Vladimir Karasevin təhqirləri kontekstində RF İctimai Palatasının adının hallanması təəssüf doğurur. Vladimir Karasev İctimai Palatanın üzvü deyil. Yəni bu, həm Rusiyada, həm də Azərbaycanda kifayət qədər olan adi informasiya leşi şəbəkəsidir. Onunla qidalanmağa dəyərmi? O, heç kimi daha sağlam etməyəcək", - Kiselyov bildirib.

O, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha başsağlığı verib, ədalətli araşdırmanın nəticələrini və günahkarların cəzalandırılmasını gözləməyə çağırıb.

Kiselyov ümidvar olduğunu bildirib ki, bədxahlar AZAL-ın təyyarəsi ilə bağlı faciədən Rusiya və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə qarşı istifadə etməyəcəklər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Seçilən
2
1
report.az

10Mənbələr