AZ

Özbəkistan təyyarəsi Moskvada təcili eniş etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Buxara-Moskva reysini həyata keçirən Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvada təcili eniş edib.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib.
Məlumata görə, eniş zamanı təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb və sıradan çıxıb. Ekipaj lazımi tədbirləri tamamlayıb və "A-320" təyyarəsi bir mühərriklə uğurlu şəkildə "Vnukovo" hava limanına enib.
Təyyarənin göyərtəsində 132 sərnişin olub.
Seçilən
1
5
oxu.az

9Mənbələr