AZ

SON DƏQİQƏ: Daha bir təyyarə təcili eniş etdi - 132 nəfər...

Buxara-Moskva reysini həyata keçirən Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvada təcili eniş edib.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə informasiyanı aviaşirkətin nümayəndəsi yayıb.

Məlumata görə, eniş zamanı təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb və sıradan çıxıb. Ekipaj lazımi tədbirləri tamamlayıb və "A-320" təyyarəsi bir mühərriklə uğurlu şəkildə "Vnukovo" hava limanına enib.

Təyyarənin göyərtəsində 132 sərnişin olub.

Bizim.Media

Seçilən
1
7
bizim.media

9Mənbələr