AZ

AZAL təyyarəsinin “qara qutu”ları tədqiq edilir - - Qazaxıstan Nəqliyyat Nazirliyi

Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”larının ölkədə olduğunu təsdiqləyib.

Bu barədə “Report”un Qazaxıstan bürosuna qurumun mətbuat xidmətindən məlumat verilib.

"Braziliyadan Qazaxıstana gətirilən “qara qutu”ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən də öyrənilir", - nazirlikdən bildirilib.

Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək.

Seçilən
1
9
aznews.az

10Mənbələr