Rusiya AZAL təyyarəsinin qəzası ilə bağlı ekspertiza təyin etdi
Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”nın (AZAL) reysinin Aktau yaxınlığında qəzaya uğramasından sonra ölkənin hava hücumundan müdafiə komandanlığı, hava hərəkətini idarəetmə sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Bildirilib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir:
“İstintaq Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində hava gəmisinin uçuş qeydi aparatlarından alınan məlumatlar əldə edilərək tədqiq edilir”.