Rusiya İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra Hava Hücumundan Müdafiə komandanlığı, hava hərəkətini idarəetmə sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.
Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Hava hərəkətinin idarə edilməsi xidmətləri, hava hərəkətinin idarə edilməsi sistemi və hava hücumundan müdafiə orqanlarının vəzifəli şəxslərinin hərəkətlərinin qiymətləndirilməsi üçün hərtərəfli komissiya təşkilati-texniki məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir", - məlumatda deyilir.
Qeyd edilir ki, Rusiya İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu"larını öyrənir./Oxu.az
Telegram kanalımız