AZ

Azərbaycan Qəzzada atəşkəsin əldə olunmasını alqışlayır - XİN

Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının əldə olunmasını alqışlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl TaniHƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
1
25
teleqraf.com

10Mənbələr