AZ

Rusiya Qəzzada atəşkəsin əldə olunmasında iştirak etmir-Peskov danışdı

Moskva İsrail və HƏMAS arasında girovların azad edilməsi və Qəzzada atəşkəs haqqında sazişin hazırlanmasında iştirak etmir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya bu prosesdə iştirak etməyib. Yanvarın 15-də axşam Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS arasında razılıq əldə edildiyini açıqlayıb. Razılıq bazar günü qüvvəyə minəcək".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
1
25
musavat.com

10Mənbələr