AZ

NATO Ukraynadakı müharibədə iştiraka hazır deyil - Latviya XİN

NATO qüvvələri Ukraynadakı müharibədə iştirak etməyə hazır deyil.

Teleqraf.com xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Bayba Braje Ukraynanın “The Kyiv Independent” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sözügedən qoşunların Ukraynada mümkün mövcudluğu Avropa üçün eskalasiyaya gətirib çıxaracaq.

Nazir qeyd edib ki, hərbi alyansın yanaşması sadəcə, Kiyevin müdafiəsinə dəstək verməkdir və heç kim müharibədə iştirak etmək, döyüşmək istəmir.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni silahların verilməsinin cəbhədəki vəziyyəti dəyişməyəcəyini, bunun ancaq münaqişənin uzanması ilə nəticələnəcəyini vurğulayıb.

Dövlət başçısı, həmçinin bəyan edib ki, Qərbin uzaqmənzilli silahlarının Rusiya ərazisində tətbiqi NATO-nun Ukraynadakı münaqişəyə birbaşa cəlb olunması deməkdir.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
3
11
teleqraf.com

10Mənbələr