NATO qoşunları Ukraynada hərbi əməliyyatlarda iştirak etməyə hazır deyil.
Oxu24.com xəbər verir ki,bunu Ukraynanın “The Kyiv Independent” nəşrinə müsahibəsində Latviyanın xarici işlər naziri Bayba Braje deyib.
Onun sözlərinə görə, hazırda Şimali Atlantika Alyansı ilk növbədə Ukraynaya özünümüdafiə çərçivəsində dəstək verməyə yönəlib.
Diplomat vurğulayıb ki, Avropa İttifaqı qoşunlarının Ukrayna ərazisində mümkün mövcudluğu münaqişəni daha da gərginləşdirə bilər.
Bundan əvvəl Britaniyanın “Teleqraf” qəzeti Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron arasında gizli şəkildə iki ölkədən Ukraynaya hərbçilərin göndərilməsini müzakirə etdiyini öyrənmişdi. Mənbələr Britaniyanın baş nazirinin bu təşəbbüsə “hələ tam sadiq olmadığını”, Fransa liderinin isə bu ideyanı irəli sürməkdə davam etdiyini bildirib.
Ötən ilin iyununda Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq və atəşkəs əldə etmək üçün Ukrayna öz qoşunlarını DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin ərazilərindən çıxarmalıdır. Kiyevdən də NATO-ya üzv olmaqdan imtina etdiyini rəsmən açıqlaması tələb olunurdu.
Bundan əvvəl Zelenski Makronla Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsini müzakirə etdiyini bildirib.
Nigar