Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi ekspert Əziz Əlibəyli qeyd edib ki, Ermənistan bunu ABŞ ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalayanda fikirləşməli idi:
"Həqiqətən də 2020 və 2021-ci illərdə bağlanmış sazişdə və bəyanatlarda Zəngəzur dəhlizi məsələsi öz əksini tapıb. İndi yavaş-yavaş Rusiya Ermənistana xatırlatma edir və onun əslində strateji müttəfiqinin kim olduğu məsələsini önə çıxarır. Amma burada ən vacib məsələ nədir? Ermənistan tərəfinin hüquqi öhdəlikləri var. Bu, əslində həmin hüquqi öhdəliklərin xatırladılmasıdır. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı götürdüyü öhdəliklərə əməl etmək, kommunikasiyaların açılmasını reallaşdırmaq məcburiyyətindədir. Belə olanda Zəngəzur dəhlizinin mühafizəsi məsələsi meydana çıxır. Onda da Rusiyanın sərhəd qoşunlarının funksional fəaliyyət arealı yaranır. Belə görünür ki, Ermənistan bunu ABŞ sayəsində qiymətləndirə bilmədi. İndi bunun cəzasını çəkəcək".
Qiymət Mahir