Suriya BMT sülhməramlılarının İsraillə sərhəd yaxınlığındakı Qolan təpələrindəki bufer zonasına yerləşdirilməsinə razılıq verib.
Musavat.com bu barədə “Reuters”ə istinadən xəbər verir.
Qeyd edilib ki, bu barədə Suriyanın yeni lideri Əhməd əl-Şaraa öz açıqlamasında deyib.
O, bildirib ki, bölgədə İsrailin irəliləməsi İran və "Hizbullah"ın gücü ilə şərtlənirdi.
“Dəməşq azad edildi. Mən inanıram ki, artıq onların mövcudluğu tamamilə yox olub", - deyə əl-Şaraa qeyd edib.