Suriya BMT sülhməramlı qüvvələrinin İsraillə sərhəd yaxınlığındakı Qolan təpələrindəki bufer zonasına yerləşdirilməsinə razıdır.
"Ölkə.az" xəbər verir ki, bunu Suriyanın yeni lideri Əhməd əl-Şaraa deyib.
O, bildirib ki, İsrailin irəliləməsi bölgədə İran və "Hizbullah"ın gücü və mövcudluğu ilə şərtlənirdi.
“Dəməşqin azad edilməsindən sonra inanıram ki, onların mövcudluğu tamamilə yox olub", - əl-Şaraa qeyd edib.(Report)