Ötən il muxtar respublikada nağdsız əməliyyatlar üzrə dövriyyə 2023-cü illə müqayisədə 408,7 milyon manat və ya 66,2 faiz artaraq 1 milyard manatdan çox olub.
Valyuta.az Naxçıvan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 faiz artaraq 112 milyon manat təşkil edib.
2024-cü ildə qeydiyyatdan keçmiş POS-terminalların sayı 2023-cü illə müqayisədə 76 faiz artıb.