AZ

Naxçıvana ayrılan dotasiya illər üzrə azalır

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən əldə etdiyimiz rəqəmlərə görə, Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya mərhələli şəkildə azaldılıb.

2023-cü ildə baza ilinə nisbətən 110 milyon manat, 2024-cü ildə isə 239 milyon 850 min manat azalma qeydə alınıb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min manat azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib.

Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31.78%-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58.55%-ə yüksəlib. 2024-cü il ərzində əvvəlki illə müqayisədə yerli gəlirlər 77 milyon 154 min AZN artıb.

Aparılan islahatlar nəticəsində Naxçıvanın mərkəzi büdcədən asılılığının azalması və yerli gəlirlərin artması müsbət iqtisadi tendensiya kimi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasında son iki il ərzində aparılan iqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə büdcə daxilolmaları yerli mənbələr hesabına təmin edilməsinə kömək edib.

dotasiya
Seçilən
7
50
marja.az

10Mənbələr