AZ

İlin ilk yarışında iştirak edəcək güləşçilərimizin adları açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin 2025-ci ildə qatılacağı ilk yarış bəlli olub.

İdman.biz xəbər verir ki, yığmanın 8 üzvü Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Yanvarın 23-dən 26-dək davam edəcək ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

İdman.biz

Seçilən
0
8
idman.biz

10Mənbələr