Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Musa Haqverdiyev (65 kiloqram), Zirəddin Bayramov (70 kiloqram), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kiloqram), Sadiq Mustafazadə (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) ölkəmizi təmsil edəcəklər.
Yanvarın 23-dən 26-dək davam edəcək Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.