“Neftçi” iki futzalçı ilə anlaşıb.
Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Z.Qasanov Rusiyanın “Norilski Nikel” komandasından gəlib.
Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadeq Caviditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.