“Neftçi” heyətinə iki futzalçı qatıb.
İdman.biz xəbər verir ki, mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadə və qapıçı Zamin Qasanovla anlaşıb.
Zamin Rusiyanın “Norilski Nikel” komandasından gəlib. Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb.
Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.
İdman.biz