Yüksək Liqada 2024/2025-ci illər mövsümünü mükafatçılar sırasında başa vurmağı hədəfləyən “Neftçi” İK iki futzalçı ilə anlaşıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Sonuncu Rusiyanın “Norilski Nikel” komandasından gəlib.
Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıblar. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.