AZ

Günəşdə iki güclü partlayış baş verib

Yanvarın 17-də Günəşdə sondan əvvəlki güc sinfində olan (M sinfi) iki partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Yanvarın 17-də Moskva vaxtı ilə saat 05:11-də (Bakı vaxtı ilə 06:11 - red.) rentgen diapazonunda 3964 (N06W24) Günəş ləkələri qrupunda 16 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 06:20-də (Bakı vaxtı ilə 07:20 - red.) isə rentgen diapazonunda 3961 (S11E44) ləkə qrupunda 28 dəqiqə davam edən M1.2 partlayışı müşahidə edilib", - deyə məlumatda bildirilib.

Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytındakı məlumatlara görə, yanvarın 11-dən Günəşdə M sinifli partlayışlar baş verməmişdi.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.
Seçilən
5
3
sherg.az

10Mənbələr