Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus “Azərtibbtəchizat” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 16,85 manatdır.
İddiaçılar təkliflərini fevralın 12-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 43 ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 12-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.