Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 15 manatdır.
İddiaçılar təkliflərini fevralın 12-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 100A ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.