AZ

Sankt-Peterburqda ABŞ-dan gələn zənglərə görə 755 nəfər təxliyə edilib

Sankt-Peterburqda polisin ABŞ-dan elektron poçt və Amerika telefon nömrələri vasitəsilə aldığı saxta bomba hədəsi nəticəsində 755 nəfər təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə mk.ru hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

“Məlumat 16 təhsil müəssisəsi və bir ticarət obyektinin minalanması ilə bağlı idi. Administrasiyanın qərarına əsasən, iki yerdə təxliyə həyata keçirilib”, – məlumatda deyilir.

Polis binaya baxış keçirmək qərarına gəlib. Baxış zamanı hadisə yerində heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib. Hazırda cinayət işinin başlanmasının mümkünlüyü nəzərdən keçirilir.

Seçilən
35
33
nocomment.az

10Mənbələr