Sankt-Peterburq polisi 900 əməkçi miqrantı qanunsuz qeydiyyatdan keçirən bir neçə kommersiya təşkilatının fəaliyyətini dayandırıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Onun sözlərinə görə, kriminal biznes 2023-cü ildən fəaliyyət göstərirdi. Miqrantlar və onların rusiyalı işəgötürənləri üçün hazırlanmış qondarma sənədlərdə iş yerləri və müvəqqəti yaşayış yerləri barədə yalan məlumatlar var idi. Belə işçilərə vergi və sosial müavinətlər ödənilmirdi.
Adambaşına qeyri-qanuni xidmətin dəyəri 35 ilə 40 min rubl arasında dəyişir.
Faktla bağlı cinayət işi açılıb, şübhəlilər saxlanılıb. Cinayət sxemində iştirakını yoxlamaq üçün 16 nəfər polisə aparılıb.