ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi qapalı məkanda keçiriləcək.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, buna səbəb kimi Vaşinqtondakı soyuq hava şəraiti göstərilib.
Andiçmə mərasimi yanvarın 20-də qapalı məkanda keçiriləcək.
"Mən heç kimin bu təhlükəli şəraitdə zədələnməsini istəmirəm", - Tramp "Truth Social" platformasında yazıb.
Yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər aşağı düşəcəyi proqnozlaşdırılır. İnauqurasiya mərasimi və parad "Capital One" arenadan canlı yayımlanacaq.
Telegram kanalımız