Minlərlə insan, o cümlədən hüquq mühafizə orqanları və tədbirin təşkilində iştirak edən bir sıra dövlət qulluqçuları ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yerinin hava şəraiti səbəbindən dəyişdirilməsi barədə bəyanatından çaşqın qalıblar.
Hurriyyet.az bu barədə "Washington Post" nəşrinə istinadən xəbər verir.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları təcili iclaslar çağırıblar. Konqres üzvləri dəyişikliklər barədə mətbuatdan xəbər tutublar və daha sonra şənliklərə bilet almış seçicilərdən daxil olan yüzlərlə zəngi cavablandırmalı olublar", – nəşr yazır.
Daha əvvəl Tramp soyuq hava səbəbindən andiçmə mərasiminin qapalı məkanda keçirilməsi barədə göstəriş verdiyini təsdiqləyib və tədbirin əsas hissəsi Kapitoli rotondasında təşkil olunacaq. Proqnozlara görə, yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər enməsi gözlənilir.
Qeyd olunur ki, işçilər Trampın and içəcəyi Kapitoli rotondasında tez bir zamanda yeni tribunanın quraşdırılmasına başlayıblar. Ölkənin hər yerindən təyyarə biletləri alan və Vaşinqtonda hotel bron edən minlərlə insan paytaxta səfər planlarını yenidən nəzərdən keçirməli olub.
Report.az