Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 21-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Roma” doğma meydanda “Cenoa” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun “canavarlar”ın inamlı qələbəsi ilə yekunlaşıb.
18-ci turun qalan görüşləri 18-20 yanvar aralığında baş tutacaq.
İtaliya, A Seriyası
21-ci tur
17 yanvar
Roma – Cenoa 3:1
Qollar: Dovbik, 25. El Şaaravi, 60. Leali, 73-öz qapısına – Masini, 33.
18 yanvar
18:00. Bolonya – Montsa
21:00. Yuventus – Milan
23:45. Atalanta – Napoli
19 yanvar
15:30. Fiorentina – Torino
18:00. Kalyari – Leççe
18:00. Parma – Venesiya
21:00. Verona – Latsio
23:34. İnter – Empoli
20 yanvar
23:45. Komo – Udineze