Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Empoli” – “Bolonya” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Komo”nun qonağı olan “Atalanta” çətin qələbəyə sevinib.
Turun mərkəzi oyununda “Napoli” “Yuventus”u qəbul edib. Üç qolun vurulduğu bu görüşdə meydan sahibləri qələbə qazanıblar. Bununla da “Yuventus” cari mövsümdə ilk məğlubiyyətini Neapolda almış olub.
22-ci turun qalan görüşləri yanvarın 26-da və 27-də keçiriləcək.
İtaliya, A Seriyası
22-ci tur
24 yanvar
Torino – Kalyari 2:0
Qollar: Ç.Adams, 6; 61.
25 yanvar
Komo – Atalanta 1:2
Qollar: Pas, 30 – Reteqi, 56; 70.
Napoli – Yuventus 2:1
Qollar: Anqissa, 57. Lukaku, 69-pen – Kolo Muani, 43.
Empoli – Bolonya 1:1
Qollar: Kolombo, 24 – B.Dominqes, 44.
26 yanvar
15:30. Milan – Parma
18:00. Udineze – Roma
21:00. Leççe – İnter
23:45. Latsio – Fiorentina
27 yanvar
21:30. Venesiya – Verona
23:45. Cenoa – Montsa