AZ

Aynur Elgünəş və Natiq Cavadlı həbsdə qaldı - Məhkəmə jurnalistləri ev dusraqlığına buraxmadı

Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.

Bu barədə "Turan"-a onların vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova bildirib.

Onların sözlərinə görə, jurnalistlərin həbsdə saxlanılması üçün hüquqi və prosessual əsas yoxdur.

Müdafiə tərəfi jurnalistlərin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı apellyasiya vermək niyyətindədir.

Xatırladaq ki, dekabrın 6-da Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümidova, Natiq Cavadlı və sərbəst jurnalist Ramin Deko (Cəbrayılzadə) valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Dekabrın 8-də məhkəmə onların hamısını həbs edib.

"AzPolitika.info"

Seçilən
13
3
azpolitika.info

4Mənbələr