AZ

Qəzzada atəşkəs rejimi qüvvəyə minib

Bakı. TurkicWorld:

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi yanvarın 19-da azad edilməli olan girovların siyahısının təhvil verilməsindən sonra məlumat yayıb.

Xatırladaq ki, çərşənbə günü Dohada keçirilən danışıqlarda İsrail və HƏMAS atəşkəs rejimi və əsirlərin azad edilməsi ilə bağlı saziş bağlayıblar. Saziş üç mərhələdən ibarətdir və ilkin mərhələdə atəşkəslə yanaşı, əsir mübadiləsinin aparılması nəzərdə tutulur; HƏMAS Qəzzada saxladığı 33 İsrailli əsiri azad etməyi öhdəsinə götürüb, İsrail tərəfi isə həbsxanalarda olan bir neçə fələstinli məhbusu sərbəst buraxmağa söz verib.

Seçilən
23
50
turkic.world

10Mənbələr