Bakı. Trend:
Qətər, Misir və ABŞ, atəşkəsin 16-cı günündə Fələstin HƏMAShərəkatı ilə İsrail arasında Qəzzada atəşkəs razılaşmasının ikincimərhələsinin detallarını razılaşdırmaq üçün fevralın 3-dəməsləhətləşmələrə başlayacaq.
Trend xəbər verirki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlərNazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-ƏnsariƏl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Sazişin 16-cı günündə zaminlər sazişin ikinci mərhələsininhəyata keçirilməsi üzrə danışıqların aparılması üçün işəbaşlayacaqlar”, – deyə o qeyd edib.
Məsləhətləşmələrdə tərəflər atəşkəsin davam etdirilməsi, Qəzzadahumanitar vəziyyətin yaxşılaşdırılması və digər tərəfdaşlarıniştirakı ilə bölgədə sülhün təmin edilməsinin yollarını müzakirəedəcəklər.