AZ

Qətər haqqında maraqlı faktlar

Son vaxtlar Azərbaycan və Qətər arasında əməkdaşlıq inkişaf mərhələsini yaşayır. Bəs Qətər dövləti haqqında biz nə bilirik? Qısa tanıtım təqdim edirik.

1. Qətər 12 min km²-dən az ərazini əhatə edir və ölkəni maşınla 1 saata keçmək mümkündür. Ərazisinin çox hissəsi səhradır.

2. 2023-cü ildə əhalisi 2,8 milyon nəfərdir, yalnız 8%-i yerli qətərlidir.

3. Ən böyük şəhəri və paytaxtı Dohadır, əhalinin əksəriyyəti burada yaşayır.

4. Qətər dünyanın ən zəngin ölkələrindən biridir; iqtisadiyyatı əsasən neft və təbii qaz satışına əsaslanır.

5. Turizmə böyük sərmayə yatırılır. 2023-cü ildə Doha "İlin Ərəb Turizm Paytaxtı" seçilib.

6. Dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

7. Milli valyutası Qətər Rialıdır (1 USD = 3,64 QAR). 2013-dən əvvəlki dollar əskinasları qəbul edilmir.

8. Neft gəlirləri sosial sahələrə xərclənir, lakin yalnız Qətər vətəndaşları istifadə edə bilir.

9. Kişilər ağ, qadınlar qara ənənəvi geyimdə gəzir, qadınlar üzü bağlı gəzirlər.

10. Əhalinin çoxu, xüsusilə kişilər, artıq çəkidən əziyyət çəkir.

11. Cütlüklər hoteldə gecələmək üçün nikah şəhadətnaməsi təqdim etməlidir.

12. Dizdən yuxarı, çiyni açıq geyimlər ictimai yerlərdə ədəbsizlik sayılır, amma klublarda icazə verilir.

13. Şou-biznes yoxdur, lakin misir və livan artistləri populyardır.

14. Əl-Cəzirə ən məşhur ərəb telekanalıdır.

15. Neftdən əvvəl Qətər mirvari istehsalı ilə məşhur idi.

16. “Qatar Airways” dünyanın ən təhlükəsiz aviaşirkətlərindən biridir və Barselona futbol klubunun sponsorudur.

17. Daxili dəniz mənzərələri və Əl Yudei qeyri-adi təbiəti ilə seçilir; qürub zamanı möhtəşəm rənglərə bürünür.

18. 2022 Dünya Çempionatı üçün Qətər 220 milyard dollar xərcləmiş, bu, əvvəlki 5 çempionatın xərclərindən 4 dəfə çoxdur.

visiontv.az

 

 



Seçilən
7
50
visiontv.az

10Mənbələr