AZ

Qadınlar üçün təhsil qadağalarını aradan qaldırılmağa çağırdı

Əfqanıstan xarici işlər nazirinin müavini Şir Məhəmməd Abbas Stanekzai ölkə rəhbərliyini qadın və qızların təhsilinə qoyulan qadağanı ləğv etməyə çağırıb.

Söz.az “Tolo News”-a istinadən xəbər verir ki, diplomat bu barədə mədrəsənin məzunlarına diplomların təqdim edilməsi mərasimində bildirib.

O, qadınların ali və tam orta təhsil almasına qadağa qoyulmasını 20 milyon insana qarşı ədalətsizlik və şəriət qanunlarına zidd adlandırıb.

“Biz onları bütün hüquqlardan məhrum etmişik, onların vərəsəlik hüququ yoxdur, ərlərinin hüquqlarını müəyyən etməkdə söz sahibi deyillər, məcburi nikahlara qurban verilir, oxumağa icazə verilmir, məscidə gedə bilmirlər. Universitetlər, məktəblər və mədrəsələr də onların üzünə bağlıdır." - deyə Stanekzai bildirib.

O vurğulayıb ki, Məhəmməd peyğəmbərin dövründə elmin qapıları həm kişilərin, həm də qadınların üzünə açıq olduğundan qızların təhsil almasına qadağa qoyulması üçün heç bir əsas yoxdur.


Seçilən
24
25
soz.az

10Mənbələr