Əfqan üləması (ilahiyyatçılar) Kabildə “Əfqanıstan xalqları arasında sülh və tolerantlıq” mövzusunda keçirilən elmi seminar zamanı ölkə hakimiyyətini inklüziv hökumət qurmağa və qızlar üçün məktəblər açmağa çağırıb.
Editor.az bu barədə “Tolo news” xəbər portalına istinadla məlumat yayıb. İslami Dəyərlərin və Cihadın Mühafizəsi Üləma Şurasının sədri Əbdül Kadir Kanat İslam cəmiyyətinin ehtiyac duyduğu məlumatların əldə edilməsinin müsəlmanların vəzifəsi olduğunu bildirib. Söhbət mamalıq, tibb və qadınlar üçün lazım olan digər fənlərdən gedir. Uləma Əbdül Həsən cavabında qeyd edib ki, hakimiyyətin real şəkildə Əfqanıstan xalqına ötürülməsi bütün sakinlərin ölkədə öz yerini və orada iştirakını görməsi üçün zəruridir. Onun sözlərinə görə, bu, Əfqanıstanın əsaslarını gücləndirəcək. İlahiyyatçılar həmçinin əfqan qadınlarını cəmiyyətdə baş verən haqsızlıqlara biganə qalmamağa, öz hüquqlarını müdafiə etməyə, İslami dəyərlər və inanclar uğrunda mübarizə aparmağa çağırıblar.
//Gülnarə Abasova, Editor.az