Uzun illərdir İspaniya çempionu “Real”a rəhbərlik edən Florentino Peres yenidən Madrid klubunun prezidenti seçilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Funksioner seçkilərdə yeganə namizəd olub. O, bu vəzifəni 2029-cu ilədək tutacaq.
Xatırladaq ki, Florentino Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti seçilib və altı il bu vəzifədə çalışıb. 77 yaşlı funksioner 2009-cu ildə alternativsiz olaraq yeni müddətə seçilib.
Florentino Peresin rəhbərliyi dövründə “Real” UEFA Çempionlar Liqasını, İspaniya La Liqasını və İspaniya Super Kubokunu 7 dəfə, UEFA Super Kubokunu 6 dəfə, klublararası dünya çempionatını 5 dəfə, İspaniya Kubokunu 3 dəfə və FIFA Qitələrarası Kuboku 2 dəfə qazanıb.