“Real Madrid” Futbol klubunun hazırkı prezidenti Florentino Peres yenidən klubun prezidenti seçilib.
Missiya.Az xəbər verir ki, bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bu, onun yeddinci prezidentlik müddəti olacaq və 2029-cu ildə səlahiyyət müddəti başa çatacaq.
Məlumata görə, Peres seçkilər zamanı yeganə namizəd olub.
Qeyd edək ki, Florentino Peres məşhur iş adamıdır və tikinti biznesi ilə məşğuldur. O, 2000-2006-cı illərdə, daha sonra 2009-cu ildən indiyədək "Real"ın prezidenti vəzifəsini tutub.
Daşqın HəsənovMissiya.Az