Şəkidə minik maşını ağaca çırpılıb.
Leqal.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində qeydə alınıb.
Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Avtomobildə olan sərnişin, 41 yaşlı Şəki sakini Tural Abbasov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta