AZ

Şəkidə avtomobil ağaca çırpıldı - Xəsarət alan var

Şəkidə minik maşını ağaca çırpılıb.   Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib.
Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Avtomobildə olan sərnişin, 41 yaşlı Şəki sakini Tural Abbasov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
9
manset.az

10Mənbələr