AZ

Sumqayıtda yataqxanada yanğın baş verib

Bakı, 21 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Sumqayıt şəhərinin 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılan elektrik lövhəsindəki yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla, 11 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində 6 sayğac, 6 qoruyucu açar və 5 poqonometr elektrik kabeli yanıb.

Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Seçilən
23
46
azertag.az

10Mənbələr