Parisdə 12-ci dairənin meriyasının binasında yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə yanvarın 27-də "Le Parisien" məlumat yayıb .
“Alov bütün binanı bürüyüb. Şillənin uçması təhlükəsi var”, - nəşr polis zabiti Loran Nunesdən sitat gətirir.
Bildirilir ki, yanğın yerli yanğınsöndürmə xidmətləri tərəfindən nəzarətə götürülüb. Yanğının söndürülməsi prosesinə 150-yə yaxın insan, o cümlədən yanğınsöndürən texnika cəlb olunub.
Nəşrin məlumatına görə, bələdiyyə binasının zəng qülləsi tamamilə yanıb və qismən dağılıb. Bundan əlavə, binanın çökmə riski var.