AZ

Makron: Ukraynadakı müharibə tezliklə bitməyəcək

Fransa prezidenti Emmanuel Makron Fransa silahlı qüvvələrinə müraciətində deyib ki, Ukraynadakı müharibə sabah və ya biri gün bitməyəcək...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.

Onun sözlərinə görə, hazırda Qərbin əsas vəzifəsi Ukraynanı sağ qalmaq üçün vasitələr və güclü mövqedən gələcək danışıqlar aparmaq imkanı ilə təmin etməkdir.

Dövlət başçısı Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarının vacibliyini də vurğulayıb. Makron bildirib ki, döyüşlər dayandıqda, müharibənin Ukrayna ərazisinə qayıtmamasını təmin etmək lazım gələcək. Onun fikrincə, bu tədbirlər təkcə Kiyev üçün təminat deyil, həm də bütün Avropada sabitliyin əsası olacaq.

Poliqon.info

Seçilən
13
50
poliqon.info

10Mənbələr